“Neftçi” – “Şkupi” matçının başlama saatı açıqlandı

21:29 10 Avqust 2020

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Şkupi" klubuna qarşı keçirəcəyi oyunun başlama saatı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Neftçi"nin rəsmi saytı məlumat yayıb. Xəbərdə bu qarşılaşmanın avqustun 27-də "Bakcell Arena"da keçiriləcəyi və matça saat 20:00-da start veriləcəyi diqqətə çatdırılıb. 


Xəbər xətti