"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək?

01:43 11 Avqust 2020

Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda "Qarabağ"la qarşılaşacaq "Sileks"in səfər planı məlumdur.

 

Sportarena.az xəbər verir ki, Şimali Makedoniya klubu avqustun 17-də çarter reysi ilə Bakıya gələcək. Kratovo təmsilçisi həmin gün axşam saatlarında matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionda məşqi nəzərdə tutulub.

 

Komanda avqustun 18-i saat 20:00-da başlayacaq matçdan dərhal sonra Şimali Makedoniyaya qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti