Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

03:03 12 Avqust 2020

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq.

 

Sportarena.az xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da, AFFA-nın inzibati binasında baş tutacaq. Bildirək ki, 4 dövrədən ibarət olacaq 2020/2021 mövsümündə Premyer Liqada 8 klub - "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti