“Belə durumda vəziyyət bizdən asılı olmayacaq” - PFL prezidenti

Sportarena.az      12 Avqust 2020 , 17:00

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün püşkatmasından sonra suallara cavab verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Komandaların futbolçularından hər hansında koronavirus aşkarlansa, vəziyyət necə olacaq?

- Elə bir hadisə baş verərsə, bizdən üst qurumların tövsiyələrini dinləyəcəyik. Bizdən asılı durum olmayacaq. 

- Əgər klubların avrokuboklarda iştirakı ilə bağlı təxirəsalınma istənsə, necə olacaq? Bir turdan sonra milli komandanın toplanışına görə fasilə olacaq?

- Avqustun 21-də çempionatı başlayacağıq. Ayın 28-dən isə toplanış olacaq. Əgər baş məşqçinin belə fikri olmasaydı, 2-ci turu 30 avqustda keçirmək istəyirdik. 

- Matçların yayımı ilə bağlı təqvimi nəzərə alacaqsız? 

- Əvvəlki illərlə nisbətən yayımla bağlı problem yaşamırıq. Necə ki, geridə qalan mövsümdə oyunların yeri və saatı ilə bağlı qarşılıqlı razılıq olurdu və bu il də eynilə elə olacaq. 

- Çempionatın sponsoru olacaq?

- Ötən mövsüm bir şirkətlə danışıqlar gedirdi. Mart-aprel aylarında uzunmüddətli müqavilə gözlənilirdi. Amma pandemiyaya görə çətin vəziyyət yarandı. Lakin yenidən həmin şirkətlə müqavilə bağlay bilərik. Bu gözləniləndir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin