“Getmək üçün hazıram” - Pike

11:56 15 Avqust 2020

“Utancverici bir matç oynadıq. Oyunu kabus adlandırmaq daha doğru olar. Azarkeşlərimizdən biabırçı oyuna görə üzr istəyirəm. Belə rəqabət aparmaq, bu cür oynamaq olmaz. Bu biabırçı çıxışlar ilk dəfə deyil”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Barselona”nın müdafiəçisi Xerar Pike deyib. O,  Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları matçdan sonra biabırçı məğlubiyyəti şərh edib. Pike komandada dəyişikliklərin qaçılmaz olduğunu bildirib:

 

“Bizim üçün çox çətindir. Ümid edirəm ki, bu qarşılaşmadan sonra faydalı bir dərs götürərərik. Dəyişikliklər lazımdır. Mən indi oyunçular və ya məşqçilər haqda danışmıram. Kiməsə işarə etmək istəmirəm. Amma hər bir yerdə struktur dəyişiklikləri lazımdır. Çünki bu, ilk dəfə deyil. Əvəzedilməz kimsə yoxdur. Komandaya yeni nəfəs və dinamika lazımdırsa, ayrılmağa hazıram. Belə vəziyyətdə getmək üçün ən çox hazır olan mənəm. Çünki biz hər şeyin sonuna çatdıq. Komandada hamı diqqətli olmalıdır. Reaksiya verilməli və klub üçün ən doğru qərarı müəyyənləşdirməlidir. İndi əsas olan budur”.


Digər xəbərlər

Xəbər xətti