“Qəbələ” 2020-2021-ci illər mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda “Neftçi” ilə üz-üzə gəlib.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev qarşılaşma (1:2) barədə fikirlərini klub saytına açıqlayıb:
“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin