“Sumqayıt” klubu yeni transferini açıqladı

15:30 15 Avqust 2020

Qazaxıstanın U-21 millisinin üzvü Kərəm Sultanovun "Sumqayıt"a keçidi rəsmiləşib.
 

Sportarena.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. "Gənclik şəhəri" təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.


Qeyd edək ki, K.Sultanovun son klubu Qazaxıstan "Kaspi"si olub. Bundan əlavə o, ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" kimi komandalarda da çıxış edib.
 

Xatırladaq ki, "Sumqayıt" bunadək Tellur Mütəllimov, Elvin Məmmədov və Əli Qurbanini heyətinə qatmışdı.   


Xəbər xətti