AMADA-dan dopinqə görə cəzalanan idmançı ilə bağlı açıqlama

Sportarena.az      18 Avqust 2020 , 09:18

Azərbacyan Milli Antidopinq Agentliyi (AMADA) Ramin Əzizovdan test nümunəsinin idmançı karyerasını bitirdikdən sonra götürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

 

AMADA-nın Mətbuat xidmətindən Sportarena.az-a verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.Qeyd olunub ki, taekvondo yığmasının üzvündən 2019-cu il dekabrın 28-də Azərbaycan çempionatı zamanı nümunə götürülüb:

 

"Həmin nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu (S8. Kannabinoidlər / Carboxy-THC) aşkarlanıb. Laborator müayinənin nəticəsi məlum olduqdan dərhal sonra yarış zamanı aşkarlanan qayda pozuntusu barədə 12 fevral 2020-ci il tarixində idmançı və müvafiq instansiyalar rəsmi məlumatlandırılıb. Azərbaycan çempionatında iştirak edən idmançılar adətən növbəti il üçün yığma komandaya qatılmaq məqsədilə çıxış edirlər. Həmçinin, dekabrın 28-də keçirilən dopinq nəzarətindən sonra da Əzizov 2020-ci ilin fevral ayında beynəlxalq yarışda iştirak edib".

 

Açıqlamada bildirilib ki, antidopinq qaydalarına əsasən, araşıdırılmalar aparılıb və nəticədə idmançıya 2 illik diskvalifikasiya sanksiyasının tətbiq edilməsi ilə bağlı təklif edilib və o, bununla razılaşaraq sanksiyanın qəbul edilməsi formasını imzalayıb: "Bunun nəticəsində 2020-ci il iyul 6-da AMADA Əzizov barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı qəbul edib. Qərar həm idmançıya, həm də müvafiq instansiyalara göndərilib.

 

Qeyd edək ki, bütün hüquqi prosedurlar tamamlandıqdan sonra 13 avqust 2020-ci il tarixində idmançının barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı açıqlanıb. Sanksiya müddəti 25 fevral 2020-ci il tarixində başlayıb və 25 fevral 2022-ci il tarixində bitəcək". 

 

Açıqlamada taekvondoçu barədə idmandan uzaqlaşdırılma qərarının verilməsinin onun sonradan idmanı tərk etməsi ilə heç bir halda hüquqi ziddiyyət yaratmadığı vurğulanıb: "Antidopinq Qaydalarına əsasən, AMADA tərəfindən nəticələrin emalı prosesi davam edərkən, idmançı yaxud digər şəxs idmanı tərk edərsə, AMADA nəticələrin emalını başa çatdırır. Bununla bağlı, əgər idmançı yenidən idmana qayıtmaqla bağlı qərar versə, idmanla məşğul olmaq üçün sanksiya müddətinin bitməsini gözləməli və idmana qayıtmazdan 6 ay öncə AMADA-nı məlumatlandırmalıdır".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin