Ulduz futbolçu ilə bağlı inanılmaz iddia: Xanımına onunla xəyanət edir - FOTOLAR

Sportarena.az      23 Avqust 2020 , 20:49

"Milan"ın isveçli super ulduzu Zlatan İbrahimoviç və italyan aparıcı Diletta Leotta üçün sürpriz bir iddia ortaya atılıb.

 

İbra və Diletta, İtaliyada karantin dövründə bir reklam çəkilişində görüşmüşdülər.

 

Cütlük iki gün əvvəl Sardunya adasında bir restoranda görülüb.

 

Bir çox İtaliya qəzeti müxtəlif iddialar irəli sürsə də, ən aydın iddianı "CHİ” tabloid jurnalı irəli sürüb.

 

Jurnalın üz qabığında "Yay sürpriz cütlüyü" başlığı ilə çıxıb.

 

Leottanın nümayəndələri dərhal "əlaqəsi yoxdur" deyərək iddianı rədd ediblər.

 

"The Sun”a danışan Leottanın nümayəndəsi, "İki peşəkar insan reklam sahəsində əməkdaşlıq etmək üçün bir araya gəldi və heç bir əlaqə yoxdur" deyib.

 

Bundan əlavə, İbrahimoviç 18 ildir 49 yaşlı həyat yoldaşı Helena Seger ilə evlidir və onların iki oğlu var.

 

Zlatan tərəfdən hələ ki bir açıqlama verilməyib. (lent.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin