Doğma şəhərində Messi üçün aksiya - VİDEO

03:51 29 Avqust 2020

Lionel Messinin doğulduğu Rosario şəhərinin sakinləri aksiya keçiriblər.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər Messini öz doğma şəhərinin klubu olan “Nyuels Old Boyz”da oynamağa dəvət ediblər.Küçələrə çıxan 400-dən çox azarkeş əllərində “Messi geri qayıt”, “Bura sənin evindir” və digər oxşar məzmunlu plakatlar tutublar.

 

Sürücülər də öz növbəsində küçə ilə yeriyən azarkeşlərə dəstək verərək, avtomobillərin səs siqnallarını işə salıblar. (oxu.az)

 

 


Digər xəbərlər

Xəbər xətti