Lənkəranda yeni futbol klubu yaradılır ? - AÇIQLAMA

11:00 29 Avqust 2020

Lənkəranda yeni futbol klubu yaradılır.

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə, bu "Gərmətük" futbol klubudur. Klub heyətə futbolçuların cəlb olunması istiqamətində əməli addımlar atıb, komandanın gələcəkdə məşq və oyunlarının reallaşması üçün stadion ideal vəziyyətə gətirilir. Son durum və digər planlar barədə məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Zaur Babayevlə əlaqə saxladıq. O xəbəri təsdiq edərək artıq klubun loqosunun da hazır olduğunu bildirdi:

 

"Klubun fəaliyyət göstərməsi üçün sənədlər aidiyyatı qurumlara təqdim olunub. Qarşımıza böyük hədəflər qoymuşuq. Klubumuz qeydiyyata alındıqdan sonra heyət üzvləri tam olaraq məşqlərə başlayacaqlar. "Gərmətük" FK-nın loqosu da tərtib edilib, formaları isə hazırlanır. Ümid edirik ki, komandamızın rəsmi şəkildə fəaliyyətə başlamasına icazə veriləcək və biz azarkeşləri gözəl oyunlarımızla sevindirəcəyik. Bir sözlə, futbol yenidən Lənkərana qayıdır". 

 

Zaur Babayev açıqlamasında onu da bildirdi ki, hazırda kluba Gərmətük bələdiyyəsinin sədri Tamerlan Rzayev dəstək göstərir, klubun baş məşqçisi isə Anar Əliyev olacaq. 


Xəbər xətti