"Qızıl top" mükafatını özümə verərdim" - Robert Levandovski

12:00 29 Avqust 2020

"Bavariya"nın futbolçusu Robert Levandovski "France Football"ın bu il koronavirus səbəbindən təqdim etməyəcəyini açıqladığı "Qızıl top" mükafatı haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, o, bu il "Qızıl top"a kimin layiq olduğu sualı belə cavablandırıb: "Bu il "Qızıl top"u kimə verərdim? Özümə". Qeyd edək ki, "Bavariya" ilə Almaniya Bundesliqası və Çempionlar Liqasını qazanan Levandovski builki "Qızıl top" mükafatına əsas namizəd hesab olunurdu.

 

Əlavə edək ki, FİFA-nın bu il "Qızıl top"u özünün təqdim edə biləcəyi xəbərləri yayılıb.


Digər xəbərlər

Xəbər xətti