“Çelsi” yeni qapıçı axtarır

15:45 30 Avqust 2020

“Çelsi” cari transfer pəncərəsinə əsas qapıçı tapmağı planlaşdırılır.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Bleacher Report” xəbər verib. Mənbənin məlumatına görə, klubda Kepa Arrisabalaqanın oyunundan narazıdırlar, ona görə də 25 yaşlı ispanı icarəyə vermək, onun yerinə isə təcrübəli qolkiper götürmək istəyirlər. Hazırda əsas namizədlər – Nik Poup (“Bernli”) və Andre Onanadır (“Ayaks”). Londonda 28 yaşlı ingiltərəliyə üstünlük verirlər, çünki onun İngiltərə Premyer Liqasındakı oyunlarda təcrübəsi var.

 

Premyer Liqanın ötən mövsümündə Poup 38 matç keçirib və 50 top buraxıb.Kepa ötən müddət ərzində İngiltərə Premyer Liqasında 33 matç keçirib və 47 qol buraxıb.


Xəbər xətti