Olimpiya çempionumuz koronavirusa yoluxub - Nazirlik açıqladı

13:34 31 Avqust 2020

"İdmançılar təlim-məşq toplanışına başlayana qədər koronavirus testindən keçir". 

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin "Facebook" səhifəsində canlı yayımda danışarkən deyib. 

 

O bildirib ki, nazirlik tərəfindən hansısa idmançının koronavirusa yoluxduğu aşkarlanmayıb. Mansurov Azərbaycanın olimpiya çempionu olan güləşçisi Şərif Şərifovun Rusiyada koronavirusa yoluxduğunu və daha sonra sağaldığını deyib.

 

Qeyd edək ki, Avropa, dünya və olimpiya çempionu Şərif Şərifovun koronavirusa yoluxmasına dair xəbəri "Report" yayıb.  


Xəbər xətti