"Biz haqlarımızı tələb edirik" - "Qarabağ" rəsmisi

Sportarena.az      1 Sentyabr 2020 , 13:41

"UEFA ilə dünəndən yazışır, onların üstünə gedir və sübut eləməyə çalışırıq ki, bizdə problem yoxdur. Çalışırıq ki, rəqib buraya gəlsin".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə matçın neytral meydanda keçirilmə variantına münasibət bildirərkən deyib.

 

Klub rəsmisi bildirib ki, qaydalar bütün ölkələrə tətbiq olunsa, UEFA-nın qərarı ilə razılaşacaqlar: "UEFA Millətlər Liqasının ilk turunda Norveç yığması Avstriyanı qəbul etməlidir. Sentyabrın 4-də keçiriləcək matç üçün Avstriya millisi Norveçə daxil olduqda problemlə üzləşməsə və onlara karantin tətbiq edilməsə, "Molde" də öz ölkəsinə qayıdanda karantin görməyə bilər. Onların qorxusu odur ki, ölkələrinə döndükdə 10 gün karantində qalacaqlar".

 

Əsgərov "UEFA matçın yerini dəyişə bilərmi" sualına belə cavab verib: "Son qərarı Avropa futbol qurumu verəcək. Bu qurum sonda nə desə, o da olacaq. Sadəcə, biz haqlarımızı tələb edirik. Onlardan açıqlama istəyirik ki, əgər UEFA-nın tərkibində olan 55 ölkə eyni hüquqludursa, Cəbəllütariq kimi 3-5 nəfərdən ibarət ölkə Almaniya, Polşa kimi böyük ölkələrlə eyni sayılırsa, yanaşmalar da eyni olmalıdır. Avstriya Norveçə karantinsiz girə bilirsə, Norveç komandası da öz ölkəsinə gözüyumulu girməlidir".

 

Klub rəsmisi "Molde"nin UEFA-nın qərarından sonra Bakıya gəlməyə məcbur olacağını söyləyib: "Məcburiyyəti "Qarabağ" yox, UEFA edə bilər. Qayda belədir ki, onlar gəlməsə və ya kim matça çıxmasa, həmin komandaya texniki məğlubiyyət verilir. Sadəcə, UEFA Norveçə girişdə karantinin tətbiq edildiyini bildirir, biz isə deyirik ki, "Molde" xüsusi icazə ilə karantinə alınmaya bilər. Normalda Azərbaycana da giriş qadağandır, amma rəqibləri xüsusi icazə ilə gətirmişik. Öz dövlətlərindən xahiş edə, daha sonra sübut edə bilərlər ki, test verdikləri üçün Norveçə girişlə bağlı problem olmamalıdır. UEFA təlimatlarında belə bir bənd var: Rəqib öz ölkəsinə qayıdanda problem yaşayırsa, o halda oyun neytral meydanda keçirilə bilər. "Molde" də bunun ucundan tutub, Bakıya gəlmək istəmir".

 

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub (Report).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin