Ronaldo infeksiyaya yoluxdu

18:00 3 Sentyabr 2020

"Yuventus" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun başına iş gəlib. 

 

Sportarena.az xəbər verir ki, ulduz futbolçu sağ ayağındakı barmağında infeksiya olduğu üçün müalicə olunur. Portuqaliya Futbol Federasiyasının rəsmi saytının yaydığı xəbərə görə, 35 yaşlı hücumçu məşqlərini idman zalında fərdi şəkildə davam etdirir. 

 

Qeyd edək ki, Portuqaliya yığmasının kapitanı Millətlər Liqasında sentyabrın 5-də Xorvatiya, 8-də isə İsveçlə matçlarda komandaya kömək edə bilməyəcək. 


Digər xəbərlər

Xəbər xətti