Messi “Barselona”dan ayrılır? - Özü açıqladı

00:25 5 Sentyabr 2020

"Barselona"nın ulduz futbolçusu Lionel Messi Kataloniya klubundan ayrılıb-ayrılmayacağına aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, Goal.com-a danışan superstar əvvəl belə bir fikrinin olduğunu, amma klubda qalmaq barədə qərar qəbul etdiyini bildirib.

 

"Xoşbəxt deyildim və ayrılmaq istəyirdim. Heç bir şəkildə buna icazə verilmədi və mən məhkəməyə müraciət etməyəcəm və klubda qalacaam. Josep Maria Bartomeunun rəhbərliyi ilə klub rəhbərliyinin gördüyü işlər faciədir.
 
Klub prezidentinə və kluba ayrılmaq istədiyimi bildirmişdim. Onlar bunu ötən mövsümün əvvəlindən bəri bilirlər. Son 12 ayda hər dəfə bunu onlara dedim. Amma burada qalacam, çünki klubla məhkəməlik qanuni savaş istəmirəm. Həqiqət isə budur ki, bu klubda heç bir klub layihəsi yoxdur. Onlar sadəcə bir şey baş verdiyi zaman problemlərə yamaq vururlar. Həyatımın klubuna qarşı bir savaş başlatmaq istəmirəm və buna görə də qalıram".

 

"Josep Maria Bartomeu mənə dedi ki, sadəcə 700 milyon avroluq məbləğ ödənilərsə, ayrıla bilərəm. Bu, mümkün deyil. Amma həmin Bartomeu mənə dedi ki, bu mənim şəxsi qərarımdır. O, öz sözünə əməl etmədi. Kluba ayrılmaq istədiyimi bildirdiyim zaman, bir dram başladı. Bütün ailəm ağlamağa başladı, uşaqlarım "Barselona"dan ayrılmaq istəmirdi. Amma mən kluba və prezidentə bütün ilboyu ayrılmaq istədiyimi bildirmişdim", - deyə argentinalı qeyd edib.


Digər xəbərlər

Xəbər xətti