30 milyonluq təklifi rədd etdi

10:23 8 Sentyabr 2020

“Napoli” “Sassuolo”nun hücumçusu Jeremi Boqadan rədd cavabı alıb.  

 

Sportarena.az xəbər verir ki, neapolitanlar 23 yaşlı futbolçuya 30 milyon və bonus şəklində 5 milyon avro təklif edib. Boqa bu təklifi rədd edib. Ötən mövsüm ərzində Boqa “Sassuolo”da 35 matç keçirib, 11 qol vurub və 2 nəticəli ötürmə edib. “Transfermarkt” onu 25 milyon avro məbləğində dəyərləndirir.


Xəbər xətti