Messi “Barselona”da məşqlərə başladı

10:40 8 Sentyabr 2020

Argentinalı hücumçu Lionel Messi İspaniya “Barselona”sının yeni baş məşqçisi Ronald Kumanın rəhbərliyi altında keçən məşq prosesində iştirak edib.

 

Sportarena.az xəbər verir ki, müvafiq fotonu klub rəsmi tvitter səhifəsində yerləşdirib.  

 

Qeyd edək ki, Messi 2004-cü ildən “Barselona”da çıxış edir, 731 matçda 634 qol vurub. Kataloniya klubunun tərkibində o, 34 turnirdə qalib gəlib, altı dəfə “Qızıl top”a sahib olub.


Xəbər xətti