Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü

12:12 8 Sentyabr 2020

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının (CFA) rəsmiləri ilə görüşüb. 

 

Sportarena.az xəbər verir ki, görüşə CFA prezidenti Giorqos Kumas da qatılıb. Kumas Məmmədova UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan matçının vimpel və xatirə hədiyyəsini təqdim edib. 

 

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


Digər xəbərlər

Xəbər xətti