Millətlər Liqası: Portuqaliya və Fransadan qələbə, Belçikadan darmadağın

01:17 9 Sentyabr 2020

UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, A, C və D liqasında ümumilikdə 9 oyun keçirilib.A Liqasının 2-ci qrupunda Belçika evdə İslandiyanı darmadağın edib - 5:1. İngiltərə səfərdə Danimarka ilə qolsuz bərabərə qalıb.

3-cü qrupda Fransa doğma meydanda Xorvatiyaya 4:2, Portuqaliya isə səfərdə İsveçə 2:0 hesabı ilə qalib gəlib. C liqasında Azərbaycan Nikosiyada Kipri məğlub edib - 1:0.

 

A liqası

2-ci qrup

22:45. Belçika – İslandiya - 5:1
Qollar: Aksel Vitsel, 13, Mişi Batşuayi, 17, 69, Dris Mertens, 50, Jeremi Doku, 80 - Holmbert Fridyonsson, 11

22:45. Danimarka – İngiltərə - 0:0

 

3-cü qrup

22:45. Fransa – Xorvatiya - 4:2
Qollar: Antuan Qrizmann, 43. Antoni Marsyal, 45+1, Dayo Upamekano, 65, Olivye Jiru, 76 (pen.)  - Deyan Lovren, 17, Yosip Brekalo, 55

22:45. İsveç – Portuqaliya - 0:2
Qollar: Kriştiano Ronaldo, 45+1, 72

 

C liqası

1-ci qrup

22:45. Kipr – Azərbaycan - 0:1
Qol: Maksim Medvedev, 29

22:45. Lüksemburq – Monteneqro - 0:1
Qol: Fatoş Beqiraj, 90+3-pen

 

2-ci qrup

18:00. Gürcüstan – Şimali Makedoniya - 1:1
Qollar: Tornike Okriaşvili, 13-pen - Milan Ristovski, 33

20:00. Ermənistan – Estoniya - 2:0
Qollar: Aleksandr Karapetyan, 43, Anqulo Vbeymar, 65

 

D liqası

2-ci qrup

22:45. San-Marino - Lixtenşteyn - 0:2
Qollar: Nikolas Hasler, 3, Yanik Frik, 14


Digər xəbərlər

Xəbər xətti