İtaliya millisində ciddi itki

Sportarena.az      9 Sentyabr 2020 , 01:35

Futbol üzrə İtaliya millisinin və “Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolo ciddi zədə alıb.

 

Sportarena.az xəbər verir ki, 21 yaşlı futbolçu UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində Niderlandı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri görüşdə sıradan çıxıb. O, 42-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. “Roma”nın mətbuat xidmətinin yaydığı məlumata görə, tibbi müayinə nəticəsində Zaniolonun sol dizinin ön xaç bağının tamamilə qırıldığı aşkarlanıb.

 

Qeyd edək ki, Zaniolo ilin əvvəlində də oxşar zədə ilə üzləşmiş və aylarla yaşıl meydanlardan kənarda qalmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin