“Qalatasaray” hücumçusu ilə vidalaşdı

Sportarena.az      10 Sentyabr 2020 , 09:48

Türkiyənin “Qalatasaray” klubu hücumçusu Adem Büyüklə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan İstanbul klubunun rəsmi saytı məlumat yayıb.33 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. “Sarı-qırmızılar” forvarda 2 milyon 10 min 508 TL təzminat ödəyib.

 

Ademin Super Liqanın digər klubu, sabiq komandası “Yeni Malatyaspor”la anlaşdığı bildirilir. O, 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu “cim-bom”u keçmiş komandasına dəyişib. Büyük “Qalatasaray”a ötən ilin yayında məhz “Yeni Malatyaspor”dan keçmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin