"Neftçi"nin rəqibi Nigeriya millisinin üzvüylə anlaşdı

Sportarena.az      10 Sentyabr 2020 , 11:28

"Qalatasaray” Oqenekaro Etebo ilə müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq İstanbul təmsilçisi nigeriyalı yarımmüdafiəçini 1 illik icarəyə götürdüyünü bildirib.

 

"Sarı-qırmızılılar” bu keçid üçün 25 yaşlı futbolçunun məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro ödəyəcək. Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Aslan" gələn yay 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir.

 

Etebo 2018-ci ildən "Stok Siti”də çıxış edirdi. O, bu ilin əvvəlində "Xetafe”yə icarəyə verilmişdi. Nigeriya millisinin üzvü daha öncə "Las Palmas”, "Feyrense” kimi klublarda da top qovub.

 

Qeyd edək ki, sentyabrın 17-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin