“İnanıram ki, istədiyimiz oyunu qura biləcəyik” - Qurban Qurbanov

09:35 16 Sentyabr 2020

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil. Bir neçə futbolçumuzun mikrozədələri var və bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. “Molde” fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.


Digər xəbərlər

Xəbər xətti