“Arsenal” Obameyanqla müqaviləni yenilədi

Sportarena.az      16 Sentyabr 2020 , 10:10

İngiltərənin “Arsenal” klubu hücumçusu Pyer-Emerik Obameyanqla müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.Qabonlu hücumçu ilə sözləşmənin müddəti 2023-cü ilədək uzadılıb. 31 yaşlı forvard qarşıdakı 3 il ərzində “topçular”dan ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.

 

Qeyd edək ki, Obameyanq “Arsenal”a 2018-ci ildə Almaniyanın “Borussiya” (Dortmund) klubundan keçib. O, indiyə qədər bu komandada 111 oyuna çıxıb, 72 qola imza atıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin