AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

Sportarena.az      16 Sentyabr 2020 , 11:21

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

“Keşlə” – “Qarabağ” oyununda Ağdam klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün 800 manat  cərimə olunub.Həmçinin “Qarabağ” stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub daha 800 manat cərimə olunur.

 

“Neftçi” – “Sumqayıt” görüşündə “ağ-qaralar”ın futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunur. “Səbail” – “Zirə” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

 

“Sabah” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub. “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin