"Səviyyə öz sözünü dedi" - "Neftçi"nin kapitanı

Sportarena.az      18 Sentyabr 2020 , 09:00

"Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray”a uduzduqları oyundan (1:3) sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi məğlubiyyəti şərh edib:


"Layiqincə mübarizə aparmağa çalışdıq. Amma "Qalatasaray” şanslarından maksimum yararlandı. Rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu var. Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Çalışdıq kompakt oynayıb, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin