Hafiz Məmmədov Arda Turanla görüşdü

Sportarena.az      18 Sentyabr 2020 , 11:06

“Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb. 

 

Sportarena.az xəbər verir ki, görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri - “Hotel Fairmont Baku”da baş tutub.

 

Görüşdən sonra türkiyəli futbolçu bunları deyib: “Hafiz bəyi uzun illərdi tanıyıram. O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy otelə gəlib çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsi ilə əlaqə saxlayırıq”.   

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin