Azərbaycan reytinqdə gerilədi

11:25 18 Sentyabr 2020

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın reytinq cədvəlində dəyişikliklər olub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan cədvəldə bir pillə geriləyib. “Neftçi” Bakıda “Qalatasaray”a 1:3 hesabı ilə uduzduğu üçün ölkəmizin aktivinə cəmi 0,125 xal əlavə olunub.

 

“Styaua” Serbiyada “Baçka Topola” ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib.


Digər xəbərlər

Xəbər xətti