İquain “Yuventus”dan ayrıldı

14:48 18 Sentyabr 2020

Turinin “Yuventus” futbol klubu argentinalı hücumçusu Qonsalo İquainlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verib.Klubun Mətbuat Xidmətinin məlumatına görə, 32 yaşlı hücumçu ilə müqavilə tərəflərin qarşılıqlı razılığı ilə pozulub.

 

İquain 2016-cı ildən 2020-ci ilədək “Yuventus”da (2018 və 2019-cu illərdə "Milan və "Çelsi"də icarə hüququ ilə) çıxış edib."Yuventus" da o, üç dəfə İtaliya çempionatını, iki dəfə isə İtaliya Kubokunu qazanıb.

 

O, həmçinin üç dəfə “Real Madrid”lə İspaniya çempionatını, bir dəfə “Napoli” ilə İtaliya Kubokunu, “Çelsi” ilə isə UEFA Avropa Liqasını qazanıb.Argentina yığmasının heyətində İquain 2014-cü ildə dünya çempionatının gümüş medalına, həmçinin Amerika Kubokuna (2015, 2016) sahib olub.


Xəbər xətti