"Düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb, hücumçu almır" - Qurban Qurbanov

Sportarena.az      21 Sentyabr 2020 , 09:24

Azərbaycan Premyer Liqasında III turun "Qarabağ" - "Neftçi" (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib...

 

- İlk hissəni yaxşı keçirdik. Situasiya bəllidi, sadəcə bundan sonrakı diqqətimiz futbolçuları daha yaxşı vəziyyətə gətirməkdi. Məşqçilərdən və rəhbərlikdən çox şey asılıdı. Futbolçularımızın yanında olmalıyıq. Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.

 

- Sıx qrafikin olmasından şikayət edirdiz. Milli komandanın oyunundan sonra 3 oyundu ki, qələbə qazana bilmirsiz...
- Bunu bilmək üçün bilik lazım deyil. Sadəcə sıx qrafikdəyik və məncə, bu, hələ başlanğıcdı. Avropa Liqasının qrupuna düşsək, ondan sonra çox ağır rejim olacaq. Xüsusilə də, millidə oynayan futbolçular üçün də ağır olacaq. Zubir, Romero zədəlidi. Hücum xəttində itkilərimiz var. Belə qrafik olanda da iki qat zərbə vurur. Bu oyuna hazırlaşmaq həqiqətən çətin idi. İlk hissədə oyun bizim nəzarətimizdə idi, amma get-gedə yorğunluq hiss olunmağa başladı. Bunları deməklə "Neftçi"nin haqqına girmək istəmirəm. Bizim komandamızda yorğunluq olması öz problemimizdi.

 

- Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsüz?
- Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Bu gün Zubir və Romero olsaydı, belə problem çox görünməyəcəkdi. Mahirin də hazırkı durumu - psicoloji gərgin olması ikinci hücumçuya ehtiyac yaradırdı. Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq yenilik yoxdu.

 

- Rəqibin ikinci qolunda oyundankənar vəziyyət var idimi?
- Oyunun gedişatında gördüyümüz o idi ki, oyundankənar vəziyyət var idi. Yan xətt hakimi öz işinin öhdəsindən hər zaman layiqincə gəlir. Oyundankənar vəziyyət olduğu deyilirdi. Olsa belə, yan xətt hakiminə heç nə deməyəcəm. Ola bilər ki, səhv olsun. Bəlkə, saniyə məsələsi idi ki, gecikdi. Amma indi bu, nəticəni dəyişmir və biz məğlub olmuşuq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin