"Neftçi" "Qarabağ"ın uğurlu seriyasını qırdı

12:05 21 Sentyabr 2020

“Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.
 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə matçına təsadüf edib. Ağdam klubu ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan “Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.

 

Bununla həm də "Qarabağ"ın 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun komandası sonuncu dəfə ötən il noyabrın 22-də “Sumqayıt”la səfər qarşılaşmasında uduzub – 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb. "Qarabağ" “Keşlə”ylə (2:2) matçdan sonra ardıcıl 8 quru oyun keçirib.

 

“Qarabağ”ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. “Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, komanda öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı. "Qarabağ" sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da “Neftçi”yə 0:1 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti