Birinci divizionun başlanma tarixi açıqlandı

12:45 21 Sentyabr 2020

Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib.



Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq. Turnirdə 10 komanda iştirak edəcək. Komandalar aşağıdakılardır:


“Turan Tovuz”

“Zaqatala”

“Sabah-2”

“Neftçi-2”

“Kəpəz”

“Keşlə-2”

“Sumqayıt-2”

“Qarabağ-2”

 MOİK

“Qaradağ Lökbatan”



"Qəbələ", "Zirə" və "Səbail" əvəzedicilərinin birinci divizionda iştirakından imtina edib. "Zirə" və "Səbail"dən fərqli olaraq "Qəbələ" ardıcıl ikinci mövsüm aşağıda dəstəyə qatılmayacaq.  Yarışın püşkatma mərasimi sentyabrın 24-ü, saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq.


Xəbər xətti