Çempionlar Liqasında pley-off mərhələsinə start verildi

10:46 23 Sentyabr 2020

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Rusiyanın “Krasnodar” klubu 3-cü təsnifat mərhələsində “Benfika”nı mübarizədən kənarlaşdıran PAOK-la üz-üzə gəlib. İsrail “Makkabi”si isə “Zalsburq”la üz-üzə gəlib. Bu oyunlarda Rusiya təmsilçisi evdə, Avstriya klubu isə səfərdə əzmkar qələbəyə sevinib. Çexiya “Slaviya”sı ilə Danimarka “Midtyulland”ı arasındakı ilk qarşılaşmada isə qapılara qol vurulmayıb.

 

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
 

Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Qol: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.

Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2
Qol: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.

Slaviya (Praqa, Çexiya) – Midtyulland (Danimarka) 0:0


Xəbər xətti