“Qəbələ” türkiyəli məşqçini göndərdi

11:02 23 Sentyabr 2020

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı “qırmızı-qaralar”dan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin klubdakı 12 illik fəaliyyəti başa çatıb.

 

"Qəbələ" İdman Klubu Halim Fıçıcıya futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.


Xəbər xətti