Niderland millisinin baş məşqçisi bəlli oldu

12:00 23 Sentyabr 2020

Niderland millisinin yeni baş məşqçisi məlum olub. 

 

Sportarena.az xəbər verir ki, yığmanı bundan sonra Frank de Bur çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Niderlandlı mütəxəssis bu vəzifədə “Barselona”ya baş məşqçi təyin olunan yerlisi Ronald Kumanı əvəz edib.
 

De Burun son çalışdığı yer ABŞ klubu “Atlanta Yunayted” olub.


Xəbər xətti