AFFA daha iki futbolçunu milliləşdirdi

13:22 23 Sentyabr 2020

AFFA daha iki əcnəbi futbolçunu aşağı yaş qrupu üzrə millimizə cəlb edib.

 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli oyunçular Əmrə Yıldırım və Serhan Üresin 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. “Dənizlispor”un yetirməsi olan 18 yaşlı Əmrə klubun U-19 komandasında çıxış edir. Yarımmüdafiəçi Serhanın da 18 yaşı var. O, “Başakşəhər”in yetirməsidir.


Digər xəbərlər

Xəbər xətti