“Qarabağ”dansa “Şerif”lə oynamaq yaxşıdır” – AÇIQLAMA

Sportarena.az      23 Sentyabr 2020 , 14:00

“Püşkatmanın nəticəsindən narazı deyiləm. Çempionlar Liqasında uduzmuşuq. Amma yolumuza Avropa Liqasında davam etmək istəyirik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri İrlandiyanın “Dundalk” klubunun qapıçısı Qari Rojer Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”lə keçirəcəkləri matç haqqında danışarkən deyib.


39 yaşlı qolkiper “Qarabağ”a rəqib olmadıqları üçün sevindiyini vurğulayıb: “Şerif”lə oyunların çətin olacağını bilirik. Onlar da bizim kimi mərhələ adlamaq istəyir. Ancaq bu mərhələdə “Qarabağ” və ya başqa bir güclü komanda ilə də qarşılaşa bilərdik. Bunu nəzərə alsaq, “Şerif”lə oynamaq daha yaxşıdır. Rəqib cütün favoriti sayılır. Lakin matçın azarkeşsiz keçirilməsi bizim xeyrimizə olacaq”.


Xatırladaq ki, “Şerif” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Qarabağ"a uduzmaqla (1:2) turnirlə vidalaşıb və Avroliqanın 3-cü mərhələsində "Dundalk"a rəqib olub.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin