Nadal rekorda imza atdı

10:26 7 Oktyabr 2020

İspaniyalı tennisçi Rafael Nadal tennis üzrə Fransa açıq çempionatında 13-cü dəfə yarımfinala çıxaraq rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verib.Dörddəbir finalda dünya reytinqində ikinci yeri tutan Nadal italiyalı Yannik Sinnerə 7-6 (7-4), 6-4, 6-1 hesabı ilə qalib gəlib.

 

Nadal növbəti matçı dünyanın 20-ci raketçisi sayılan Diyeqo Şvartsmana qarşı keçirəcək.Karyerası boyu ispaniyalı bu turnirdə 12 dəfə qələbə qazanıb.


Xəbər xətti