"Azərbaycan üç xal üçün bura gələcək" - Monteneqro millisinin baş məşqçisi

13:13 8 Oktyabr 2020

Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiç Millətlər Liqasında oktyabrın 10-u qarşılaşacaqlar Azərbaycanla oyun haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, o, dünən keçirilən Latviya ilə yoxlama görüşündən (1:1) sonra millimizlə bağlı  deyib: "Stadionun qazonu böyük ehtimalla Azərbaycanla oyununda da ürəkaçan olmayacaq. Ancaq indi belə bir meydanda necə oynamaq lazım olduğunu daha yaxşı bilirik. Bundan istifadə edərək erkən qol vurmağa çalışacağıq".

 

F.Hacibegiç Azərbaycan millisinin Monteneqro ilə matça oyun keçirmədən çıxacaqlarını bildirib:  "Ancaq bu, onlarla  görüşdə daha az diqqətli olacağımız anlamına gəlmir. Azərbaycanı təhlil etmişik, kimin bura gələcəyini bilirik. Azlıqda oynayaraq Lüksemburqa məğlub olduqdan sonra Kipri ​​qalib gəldilər. Üç xal üçün buraya gələcəklər. Fiziki olaraq azərbaycanlılar latviyalılara bənzəyirlər, lakin daha fəal oynayırlar".

 

Qeyd edək ki, oktyabrın 10-u keçiriləcək Monteneqro - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti