AFFA monteneqrolu qapıçının təxribatçı hərəkətinə reaksiya verdi

Sportarena.az      12 Oktyabr 2020 , 09:35

"UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan (2:0) sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasında qrup mərhələsinin Azərbaycanla ev oyunundan sonra monteneqrolu qapıçı Andriya Draqoyeviçin sosial şəbəkədə təxribatçı paylaşımı ilə bağlı affa.az-a açıqlamasında deyib.

 

O bildirib ki, bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir: "AFFA bu hərəkəti sərt şəkildə qınayır. Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu, digər oyunçudur - Miloş Draqoyeviç".

 

İcraçı vitse-prezident oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA-nın rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacağını əlavə edib: "Artıq UEFA-ya şifahi məlumat verilib".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin