Kiprin hücumçusu: "Azərbaycanla matç hər mənada çətin olacaq"

12:15 13 Oktyabr 2020

Kipr yığmasının futbolçusu Pieros Sotiryu UEFA Millətlər Liqasının 4-cü turunda millimizlə oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı hücumçu görüşün çətin keçəcəyini deyib:

 

"Məyus olmaq üçün vaxt yoxdur. Sabahkı matç hər mənada çətin olacaq. Komanda olaraq daha çalışmalıyıq.Başımızı qaldırmalı və sabahkı görüşdə əlimizdən gələni etməliyik".

 

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Xəbər xətti