Əliyar Ağayev Millətlər Liqası oyununu idarə etdi

11:50 15 Oktyabr 2020

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq matçı idarə edib.



Sportarena.az xəbər verir ki, o, UEFA Millətlər Liqasnın IV turnda keçirilən Bolqarıstan - Uels oyununun baş hakimi olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev Bolqarıstandan 3, Uelsdən 4 futbolçu olmaqla ümumilikdə 7 sarı vərəqə göstərib.
 

Referiyə bu qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.


Xəbər xətti