Daha bir "Formula 1" yarışı ləğv olundu

13:27 16 Oktyabr 2020

Noyabrda keçirilməsi planlaşdırılan "Formula 1" üzrə Vyetnam Qran-prisi ləğv edilib.

 

Sportarena.az xəbər verir ki, koronavirus pandemiayasına görə belə qərar verilib. Təşkilatçılar pilotlara, komandalara və azarkeşlərə təhlükəsiz şərait yaratmağa çətinlik çəkdikləri üçün mərhələ ləğv olunub.

 

Qeyd edək ki, Vyetnamda Hanoy trasında keçirilməsi planlaşdırılan yarış 3 - 5 apreldə olmalı idi. Pandemiya səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Qran-prinin noyabrda keçirilə biləcəyi açıqlanmışdı.


Digər xəbərlər

Xəbər xətti