"Qarabağ"ın matçına azarkeşlər buraxıla bilər

Sportarena.az      20 Oktyabr 2020 , 09:00

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor”un ev oyunlarına azarkeş buraxıla bilər.

 

Sportarena.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir yerli mətbuata açıqlamasında bildirib.O, Superliqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətini müsbət cavablandırdıqlarını deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin də icazəsi olarsa, matçlara 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacaq.

 

Qeyd edək ki, “Sivasspor” “Qarabağ”la qrup mərhələsinin 3-cü turunda üz-üzə gələcək. Görüş noyabrın 5-də Sivasda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin