PSJ məğlub oldu, “Barselona”dan darmadağın - YENİLƏNİB

02:04 21 Oktyabr 2020

UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin ilk turuna start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.G qrupu çərçivəsində “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib və darmadağınla qalib gəlib.

 

Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və “Mançester Yunayted” komandaları Parisdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olub və məğlubiyyətlə üzləşib.

 

F qrupunda “Zenit” evdə “Brügge”yə uduzub. Dortmund “Borussiya”sı isə “Latsio” ilə səfər oyunundan məğlub ayrılıb.E qrupu çərçivəsində baş tutan “Renn” – “Krasnodar” və “Çelsi” – “Sevilya” matçında qalib müəyyənləşməyib.

 

Qrup mərhələsinin digər oyunları bu gün keçiriləcək.

 

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
20 oktyabr

F qrupu

Zenit (Rusiya) – Brügge (Belçika) 1:2
Qol: Horvat, 74 – Dennis, 63. Ketelaere, 90+3.

Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya)
Qol: İmmobile, 6. Hits, 23-öz qapısına. Akpro, 76 – Haland, 71.

 

G qrupu

Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya) 0:2
Qol: Morata, 46; 84.

Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan) 5:1
Qol: Messi, 27-pen. Fati, 42. Koutinyo, 52. Pedri, 82. Dembele, 89 – Xaratin, 70-pen.

 

E qrupu

Renn (Fransa) – Krasnodar (Fransa) 1:1
Qol: Jirassi, 56 – K.Ramires, 59.

Çelsi (İngiltərə) – Sevilya (İspaniya) 0:0

 

H qrupu

PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) 1:2
Qol: Marsyal, 55-öz qapısına – B.Fernandes, 23-pen. Reşford, 87.

Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə) 2:0
Qol: Anxelinyo, 16; 20.


Digər xəbərlər

Xəbər xətti