Millimiz FİFA reytinqində gerilədi

Sportarena.az      22 Oktyabr 2020 , 12:05

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığması bundan əvvəlki reytinqlə müqayisədə 2 pillə geriləyib. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1175 xalla 114-cü pillədə qərarlaşıb. 2 xal itirən yığmamızı Niger və Tailand keçib. Bu geriləməyə millimizin Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqroya 0:2 uduzması, Kiprlə qolsuz heç-heçə etməsi səbəb olub.

 

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Belçika (1765) 1-ci, Fransa (1752) 2-ci və Braziliya (1725) 3-cü pillədə yer alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin