"Qarabağ"ın Türkiyədə oynamasına icazə verilə bilər" - Elxan Məmmədov

Sportarena.az      22 Oktyabr 2020 , 12:59

“Qarabağ” klubunun Avropa Liqasında keçirəcəyi ev oyunu üçün alternativ ölkə seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir. UEFA-nın əvvəlki tövsiyələri barədə ictimaiyyətə məlumat verilib".

 

Bunu  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Milli assosiasiya rəsmisi bildirib ki, danışıqlarda AFFA Türkiyə variantının üzərində təkid edir: "Apardığımız təhlillərə əsasən, oyunun Türkiyədə təşkil olunmasına icazə verilə bilər. Lakin UEFA hələ yekun qərar qəbul etməyib. Ümid edirik ki, yaxın günlərdə UEFA qərarını açıqlayacaq və bizim təklifimiz qəbul olunacaq”.

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da İspaniya "Vilyarreal"ına qarşı keçirməlidir. Bu gün isə Azərbaycan təmsilçisi İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"nin qonağı olacaq (Report).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin