"Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Sumqayıt" qələbə qazandı - YENİLƏNİB

Sportarena.az      26 Oktyabr 2020 , 00:13

Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. “Sabah” doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Sumqayıt" yenidən liderliyə yüksəlib.

Turun son qarşılaşmasında isə “Qarabağ” “Zirə”nin qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu karyerası ərzində uzun illər oynadığı "Qarabağ"a qarşı ilk matçı olub.

 

Azərbaycan Premyer Liqası, 7-ci tur

 

“Zirə” - “Qarabağ” - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
Qırmızı vərəqə: Rahil Məmmədov, 68-iki sarı vərəqə ("Qarabağ")
Zirə İdman Kompleksinin stadionu

 

“Sabah” - “Sumqayıt” - 1:2
Qol: Qurbani, 27 (0:1), İmamverdiyev, 64 (öz qapısına) (1:1), Abdullazadə 90+5 (1:2)  
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bank Respublika Arena

 

24 oktyabr

“Keşlə” - “Neftçi” - 0:1

“Qəbələ” - “Səbail” - 1:1

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin